Modern.az

Ramiz Mehdiyev təhlükəsizliyə cavabdeh olanların toplantısında iştirak edir

Ramiz Mehdiyev təhlükəsizliyə cavabdeh olanların toplantısında iştirak edir

Təhsil

21 Sentyabr 2011, 13:18

Sentyabrın 21-də Rusiyanın Yekaterinburq şəhərindəki “Hyatt Regency” otelində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil edir.
Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi ikigünlük görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq.
İlk belə görüş ötən il oktyabrın 5-6-da Soçi şəhərində keçirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...