Modern.az

Yunanıstanda yanğınlarda ölənlərin sayı 77-yə çatıb

Yunanıstanda yanğınlarda ölənlərin sayı 77-yə çatıb

25 İyul 2018, 12:00

Yunanıstanda bu ilki dəhşətli yanğın ölkə tarixində ərazi həcminə və insan itkisinə görə ikinci dəhşətli hadisəyə çevrildi.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, ölkənin son on ildəki ən dəhşətli meşə yanğını zamanı son məlumatlara görə ölənlərin sayı 77-ə çatıb.

Yanğın paytaxt Afina yaxınlığındakı Rafina bölgəsində meşələrdən başlayıb. Ölkənin şimal şərqində yerləşən meşələrdə isti havalar səbəbi ilə başlayan yanğın güclü külək səbəbi ilə daha da güclənib. Minlərlə kvadrat ərazi külə dönüb.

 

İstiqamətini tez-tez dəyişən güclü külək yanğının qısa zamanda ətrafa yayılmağına səbəb olub. belə bir vəziyyətdə yanğılardan qurtulmaq istəyən bəzi insanlar dənizdə boğularaq ölüb.

 

Qeyd edək ki, Yunanıstan tarixində ki ən böyük yanğın 2007-ci ilin avqust ayında Mora yarımadasında baş verib. Yanğın Zaharo qəsəbəsinin ağuşuna alıb və 63 nəfərin həyatını itirməsinə səbəb olub. Həmi il ölkə ərazisində çıxan digər yanğınlarda ölənlərin sayı 84 nəfərə çatıb. Yunanıstan hər il çıxan yanğınların istilər və diqqətsizlik səbəbi ilə baş verdiyi bildirilir.

 

Əvəz ZEYNALOV

 

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU