Modern.az

Tramp: “Ədalətsiz ticarətə görə 817 milyard dollar itirmişik”

Tramp: “Ədalətsiz ticarətə görə 817 milyard dollar itirmişik”

Dünya

25 İyul 2018, 16:36

ABŞ prezidenti Donald Tramp digər dövlətlərin ölkəsi ilə apardığı ədalətsiz ticarətə görə itirdiklərinə diqqət çəkib.

 

Modern.az ABŞ prezidentinin Twitter hesabına istinadən xəbər verir ki, ABŞ tək keçən il üçün ədalətsiz ticarətə görə 817 milyard dollar itirib.

“Hər dəfə hansısa bir zəif siyasətçi məndən danışıqlara son qoymaq və ya haqsız tariflərə qarşı rüsumlardan istifadəni dayandırmağı xahiş edəndə məni onların nə haqda düşündükləri maraqlandırır. Keçən il 817 milyard dollar itki verilib. Rədd olsun zəiflik” – Tramp bildirib.

 

Qeyd edək ki, ekspertlər ABŞ prezidenti Donald Trampın rüsum tətbiq etmə siyasətinin dünyada genişmiqyaslı ticari müharibəyə gətirib çıxaracağını bildirir.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım