Suriyada törədilən terror aktında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Es-Suveyda şəhərində törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb.
Məlumata görə, ilk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbəti partlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.
Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.
Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.