Qəzza zolağı İsrail ordusu tərəfindən artilleriya atəşinə tutulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, ötən həftə Qəzzadan açılan atəş nəticəsində bir İsrail hərbçisi ölüb. Buna cavab olaraq İsrail HƏMAS-ın Qəzza zolağındakı 70-ə yaxın obyektini bombalayıb.