Modern.az

ABŞ-ın Çindəki səfirliyi yaxınlığında PARTLAYIŞ

ABŞ-ın Çindəki səfirliyi yaxınlığında PARTLAYIŞ

Dünya

26 İyul 2018, 11:15

ABŞ-ın Pekindəki səfirliyi yaxınlığında partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə şahidlər səfirlik yaxınlığında partlayış səsi eşitdiklərini və hətta yerin titrədiyini də hiss ediblər.

 

Onların sözlərinə görə səfirliyin yaxınlığında 7-8 polis maşını olub.

Sosial şəbəkələrdə isə hadisə şəhidləri viza almaq üçün səfirliyin kompleksinə girişi olan yerdə tüstü olan şəkillər paylaşıblar.

 

ABŞ səfirliyinə yaxın olan Hindistan və Cənubi Koreya səfirlikləri isə hər hansı bir hadisə barədə məlumatlı olmadıqlarını bildiriblər. Səfirliklər hazırda normal iş fəaliyyəti ilə məşğul olduqlarını bildiriblər.

 

Qeyd edək ki, ABŞ səfirliyi hadisə ilə bağlı şərh verməyib.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım