Modern.az

Litva parlamentindən ermənilərə zərbə

Litva parlamentindən ermənilərə zərbə

Təhsil

21 Sentyabr 2011, 17:08


Litva parlamentinin 13 üzvü Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni separatçı qurumunun sentyabrın 18-də keçirdiyi qondarma seçkilərlə bağlı etiraz bəyanatı imzalayıb.
Bu barədə Modern.az saytına Azərbaycan- Litva parlamentlərarası əlaqələr üzrə işci qrupunun rəhbəri deputat Fuad Muradov məlumat verib. Onun sözlərinə görə, bəyanata imza atan deputatlar ermənilərin separatçılıq əməllərini pisləyiblər:

“Litva parlamentariləri 18 sentyabrda Azərbaycanın işğal altındakı ərazisində - Qarabağda keçirilən seçkilərə etirazlarını bildiriblər. Onlar bu problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərcivəsində həll olunmasını tələb ediblər”.

Deputat onu da bildirib ki, bəyanatı imzalayan deputatlar Litvanin bütün siyasi spektrini əhatə edir. F.Muradov deyirb ki, Litva parlamenti tətildən qayıtdıqdan sonra ilk olaraq bu məsələni müzakirəyə çıxarıb və Azərbaycana dəstək verib.

Modern.az   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...