Modern.az

Misir Mərdanov təhsildən danışdı

Misir Mərdanov təhsildən danışdı

Təhsil

21 Sentyabr 2011, 18:44

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət heyətinin binasında «Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol» mövzusunda elmi-praktik konfrans keçirilib.Modern.az saytının məlumatına görə,  konfransda təhsil naziri Misir Mərdanov və  AMEA-nın rəhbərliyi, nazirliyin əməkdaşları, ali məktəb rektorları və ziyalılar iştirak edib.

AMEA və Təhsil Nazirliyinin birgə təşkil etdiyi konfransın iştirakçıları öncə «Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol» mövzusundakı sərgiyə baxıblar.

Tərbirdə “Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı» mövzusunda məruzə ilə çıxış edən nazir Misir Mərdanov son 20 ildə təhsilə göstərilən dövlət  qayğısından danışaraq qeyd edib ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 dövlət proqramı imzalanıb və hazırda nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilir. Misir Mərdanov təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə mövcud vəziyyətin təhlili əsasında hazırlanmış bu proqramların reallaşması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu önə çəkib. Nazir, həmçinin təhsilin məzmunun yeniləşdirilməsi, yeni dərslik siyasətinin həyata keçirilməsi, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunduğunu nəzərə çatdırıb.

Konfransda AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov «Azərbaycanda təbiət elmləri son 20 ildə mövcud elmi potensial və inkişaf perspektivləri», AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı «Müstəqillik illərində Azərbaycanda ictimai-humanitar elmlər», Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva «Müstəqillik illərində Azərbaycanın ali təhsil müəssisələrində elmi tədqiqatların inkişaf yolu» və AMEA-nın Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev «Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında akademik elmin inkişafı» mövzularda çıxışlar ediblər.

Konfransın sonunda isə  «Elm məbədi müstəqillik illərində» filmi nümayiş olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...