Modern.az

ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələdi

ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələdi

Dünya

26 İyul 2018, 21:40

"Əgər rahib Endryu Bransonun azad olunması üçün tədbirlər görülməsə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq oluna bilər". Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

O, bu gün dini azadlıqlar mövzusunda Vaşinqtonda keçirilən konfransda deyib: "Əgər Türkiyə bu günahsız iman adamını dərhal azad edərək evinə göndərməsə, Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcək. Prezident Tramp və mən rahibin ABŞ-a qayıdanadək azad olunması üçün çalışacağıq. O həbsxanada deyil, amma azadlıqda da deyil".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım