Modern.az

Polşalı nazir azərbaycanlı tələbələrə məktub göndərib

Polşalı nazir azərbaycanlı tələbələrə məktub göndərib

Təhsil

22 Sentyabr 2011, 09:57


27-28 sentyabr 2011-ci il tarixlərində Polşanın Bialistok şəhərində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin təhsil nazirliklərinin iştirakı ilə “Go East, Erasmus – a ministerial debate” adlı beynəlxalq tədbir keçiriləcək.
Azərbaycan Tələbələr Birliyindən Modern.az-a verilən məlumata görə,  tədbir Polşa elm və ali təhsil naziri xanım Barbara Kudryckanın dəvəti ilə gerçəkləşdirilir.

Tədbirdə Avropa Birliyinin bir neçə ölkəsinin və Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Gürcüstan) təhsil nazirlikləri, tələbə birliklərinin nümayəndəlikləri iştirak edəcək. Beynəlxalq tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrinin Erasmus proqramı çərçivəsində iştirak səviyyəsi, problemlər və perspektivlər müzakirə olunacaq. Əsas məqsəd ikinci Şərq Tərəfdaşlıq Samiti çərçivəsində təhsil nazirlərində Erasmus proqramı, ali təhsildə mobillik və ümumlikdə ali təhsil sahəsində gələcək prioritetləri daha da aydın görmələrinə kömək edə  bilməkdir.

Azərbaycan tərəfindən tələbələri təmsil etmək üçün Polşa elm və ali təhsil naziri Barbara Kudrycka Azərbaycan Tələbələr Birliyinə dəvət məktəbu göndərib.

Tədbirdə Azərbaycan Tələbələr Birliyi tərəfindən Birliyin sədri Elvin Aslanov və Birliyin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov iştirak edəcək.

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...