Modern.az

Türkiyənin ABŞ-a cavabı gecikmədi

Türkiyənin ABŞ-a cavabı gecikmədi

Dünya

26 İyul 2018, 22:04

“Heç kim Türkiyəyə diqtə edə bilməz”. Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.

Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi heç kimin təhdidini qəbul etməyəcək: “Hüququn üstünülüyü hər kəs üçün keçərlidir. İstisnası yoxdur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp amerikalı rahibin tamamilə azadlığa buraxılmayacağı təqdirdə Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım