Modern.az

Polşada ara qarışdı – güc tətbiq olundu

Polşada ara qarışdı – güc tətbiq olundu

27 İyul 2018, 11:57

Polşanın paytaxtı Varşavada məhkəmə sistemi ilə əlaqədar yeni qanunun əleyhdarlarının aksiyasında maraqlı anlar yaşanıb.

 

Modern.az “TVN 24” nəşrinə istinadən xəbər verir ki, polis və etirazçılar bir-birilərinə qarşı göz yaşardıcı qazdan istifadə ediblər.

 

Belə ki, polis etirazçılardan təhlükə duyduqlarına görə onlara qarşı gözyaşardıcı qaz işlətdiyini bildirib.

Lakin elə polisin verdiyi məlumata görə etriazçılarda onlara qarşı gözyaşardıcı qaz işlədiblər.

 

Mitinq Prezident sarayının qarşısında keçirilib və etirazçılar polisin anidən onlara çox yaxın məsafədən gözyaşardıcı qaz atdıqlarını söyləyirlər.

 

Hazırda saxlanılanlar barədə məlumat verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas Polşada insan hüquqlarının pozulması ilə əlaqədar iş aparıldığını bildirib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU