Modern.az

Ermənistan Putinin hərbi təşkilatının rəhbərinə cinayət işi açdı

Ermənistan Putinin hərbi təşkilatının rəhbərinə cinayət işi açdı

27 İyul 2018, 14:05

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin baş katibi Yuri  Xaçaturova ittiham irəli sürüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Xüsusi istintaq xidməti Xaçaturovu 2008-ci il martın 1-2 Yerevan hadisələrinə görə ittiham edilir.

 

Xaçaturov digər şəxslərlə birgə respublikada konstitusiya nizamını devirməkdə ittiham edilir.

Ermənistanın Xüsusi istintaq xidməti ittihamın kifayət qədər sübut əsasında irəli sürüldüyünü bildirib.

 

Müstəntiq İrəvanın birinci instansiyası məhkəməsinə Xaçaturova qarşı həbs qəti imkan tədbiri barədə müraciət edib.

Qeyd edək ki, Yuri Xaçaturov Rusiyanın rəhbərliyi ilə NATO-ya qarşı təşkil edilmiş Ermənistan, Belarus, Qazaxıstan və Tacikistanın da daxil olduğu alyansın baş katibidir.  

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU