Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən verilən məlumatına görə, “VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyasının final mərhələsinin keçirilməsi üçün hazırlıq işləri başlayıb. Final öncəsi isə Bakı rayonları arasında və bir neçə region şəhər və rayonlarında seçim turu başa çatacaq.
Xatırladaq ki, Kampaniyanın seçim turları Bakı rayonları arasında ilk olaraq Səbail rayonunda keçirilib. Bakı şəhər seçim turları Xəzər rayonu ilə yekunlaşacaq.
Kampaniyada xüsusi hazırlanmış keçməcəli Azərbaycan Respublikasının xəritəsi və bunun elektron versiyasından (www.miras.az) istifadə olunur.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Modern.az