Modern.az

İŞİD-in ən böyük dayağı zərərsizləşdirilib

İŞİD-in ən böyük dayağı zərərsizləşdirilib

Dünya

30 İyul 2018, 22:40

Suriya ordusu Daraa vilayətində İŞİD-in ən böyük dayağını zərərsizləşdirib. Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti" Suriya ordusunun hərbi səhra komandirlərindən birinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, hərbçilər Şadjra yaşayış məntəqəsinə nəzarəti ələ alıblar. Minaaxtaranlar əraziyə baxış keçirməyə və onu minalardan təmizləməyə başlayıblar.

 

Daha əvvəl Suriya ordusunun vilayətin Tofas şəhərini silahlılardan azad etdiyi və orada ölkə bayrağını dalğalandırdığı xəbər verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır