ABŞ prezidenti Donald Tramp Rusiya ilə işbirliyinin cinayət olmadığını qeyd edib.
Modern.az xəbər verir ki, bu barədə Tramp öz Twitter hesabında yazıb.
Prezidentin sözlərinə görə seçimdəki nəticələrə təsir etmək üçün Rusiya ilə işbirliyi cinayət deyil.
Lakin AŞ liderinin sözlərinə görə bunun əhəmiyyəti yoxdur.
“İşbirliyi cinayət deyil. Lakin heç bir əhəmiyyəti yoxdur, çünki heç bir əlaqə olmayıb (Hillari və demokratlar istisna)” – Tramp yazıb.
Qeyd edək ki, Trampın vəkili Rudolf Culyani də bundan əvvəl analoji ifadəni işlədib.
“Mən burda federal (Cinayət) məcəlləsini oxudum və işbirliyini cinayət kimi tapmağa çalışdım. İşbirliyi cinayət sayılmır” – Culiani Fox News kanalına müsahibəsində bildirib.
Əvəz ZEYNALOV