Seyntyabrın 22-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda seçicilərin növbəti qəbulunu keçirib. Qəbula gələn sakinlərin hamısını fərdi qaydada qəbul edən millət vəkili onları diqqətlə dinləyib qaldırılan məsələlərin araşdırılacağını bildirib. Müraciətlər əsasən sosial yönümlü olub. Xüsusilə, müalicə və müayinə məsələləri önə çəkilib. Deputat müalicə məsələsində köməkliyin ediləcəyini bildirib və digər məsələlər barədə əlaqədar strukturlara müvafiq müraciətlərin göndəriləcəyini vurğulayıb.
«Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanovun ünvanına 525 ərizə daxil olub, bu ərizələrdə qaldırılan məsələlərə dair 75 əlaqədar struktura deputat sorğuları və məktubları ünvanlanıb. Sorğulara əsasən 18 cavab məktubu daxil olub və onların bəziləri müsbət həll edilmiş məsələlər barədə olub»-deyə deputatın qərargahından bildirilib.
Deputata daxil olan müraciətlərin bir qismi:
1.Məmmədova Yeganə - Bizlan kəndi, gözdən əlildir, yaşayış evi yoxdur.
2.Pənahov Ravid -İsmayıllı şəhəri, çadır istəyir.
3.Əzizova Dilarə - Yuxarıbaş kəndi, mülkiyyət məsələsi.
4.Babayev İlham - İsmayıllı şəhəri, pensiya məsələsi.
5.Xəlilov Heydər - Sumağallı kəndi, fəxri adın verilməsinə köməklik.
6.Səmədova Gülşad - İsmayıllı şəhəri, torpaq sahəsinin verilməsi ilə əlaqədar
7. Məmmədov Hacı - Uştal kəndi, xəstəliyi ilə əlaqədar yardım.
8. Hüseynova Qətibə -Yuxarıbaş kəndi , uşağı danışmır ,eşitmir müalicəsinə köməklik.
9. İsmiyeva Leyla - Yuxarıbaş kəndi, evin tikilməsinə köməklik.
10. Hacıyeva Məfruzə - Diyallı kəndi, təhsil haqqının verilməsinə köməklik.
11. Salmanov Şahsuvar - İsmayıll şəhəri, ev məsələsi ilə əlaqədar.
12. Əsədov Böyükağa - İsmayıllı şəhəri, işə düzəlməsi ilə bağlı müraciət.
13. Salmanov Tofiq - İvanovka kəndi, işlə əlaqədar müraciət .
14. Abılov Mərdan - Qalınçaq kəndi, uşağının ürək əməliyyatı ılə əlaqədar.