Əfqanıstanın Cüzcan vilayətinin Derzab mahalında terror aktları təşkil edən İŞİD terror təşkilatının şimal lideri Mevlevi Habiburahman təslim olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD lideri ilə bərabər daha 250 döyüşçü də təhlükəsizlik güclərinə təslim olub.
Əfqanıstanın Derzab mahalının valisi Məhəmməd İsmail bildirib ki, İsmail artıq şimalda İŞİD-in mövcudluğunu dayandırdığını və bunun ölkə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Təxminən iki ildir Derzab mahalında terror aktları həyata keçirən İŞİD tez-tez Taliban təşkilatı ilə qarşıdurmaya girirdi.