Modern.az

ABŞ Türkiyənin 2 nazirinə sanksiya tətbiq etdi

ABŞ Türkiyənin 2 nazirinə sanksiya tətbiq etdi

Dünya

2 Avqust 2018, 09:54

ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq edib.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin rəsmilər Türkiyənin Ədliyyə və Daxili İşlər nazirliklərinin rəhbərləridir.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım