Modern.az

Qəzet redaksiyasındakı yanğın söndürülüb

Qəzet redaksiyasındakı yanğın söndürülüb

Təhsil

23 Sentyabr 2011, 17:18

Bu gün “Xural” qəzetinin redaksiyasında yanğın baş verib. Hadisə yerinə FHN, polis və «Bakıelektrikşəbəkə”nin əməkdaşları cəlb olunub. Bu baradə Modern.az saytına qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Ə.Zeynallının sözlərinə görə, redaksiyada yanğın qısaqapanma nəticəsində baş verib. “Elektirik açarı xarab olmuşdu, onu düşəltməyə çalışarkən yanğın baş verdi. Fövqəladə Hallar Naziriliyinə zəng vurduq, onların hadisəyə operativ müdaxiləsi nəticəsində yanğın qısa vaxt ərzində söndürüldü. Daha sonra polis əməkdaşları və Bakıelektirikşəbəkənin əməkdaşları gəldi”.

Yanğın nəticəsində qəzet redaksiyasına hansısa zərərin dəyib-dəyməməsinə gəlincə Ə.Zeynallı bildirdi ki, hazırda redaksiyada işıqlar sönüb. Buna görə kompüterlərdən neçəsinə zərər dəydiyi müəyyənləşdirilməyib. 

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...