Modern.az

Deputat Kıbrıs Universitetində oxuyacaq azərbaycanlı tələbələrlə görüşüb

Deputat Kıbrıs Universitetində oxuyacaq azərbaycanlı tələbələrlə görüşüb

Təhsil

24 Sentyabr 2011, 20:42

Millət vəkili Qənirə Paşayeva Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nüfuzlu ali təhsil ocaqlarından olan Uluslararası Kıbrıs Universitetinə qəbul olunmuş Azərbaycanlı tələbələrlə görüşüb.

Tələbələri təbrik edən xanım millət vəkili özəlliklə, ölkəmizdən kənarda təhsil alacaq tələbələrin üzərinə tələbəliklə yanaşı ölkəmizi, aid olduqları mədəniyyəti, milli-mənəvi dəyərləri, layiqincə təcəssüm etdirmək,  Azərbaycan həqiqətlərini hər yerdə təbliğ etmək və vətənimizin maraq və mənafelərini  müdafiə etmək kimi vəzifələr düşdüyünü xüsusu vurgulayıb.

Azərbaycanlı tələbələri Azərbaycan həqiqətlərinin çatdırılmasında daha fəal olmağa çağıran Q.Paşayeva Qarabağ uğrunda mübarizənin yalnız Azərbaycanın deyil, bütün Türk insanın milli məsələsi olduğunu vurğulayıb. O, bu məsələdə bütün türk gənclərinin və tələbələrinin birgə hərəkət etməsinin, öz səylərini daha da artırmalarının vacibliyini vurgulayıb.

Bütün hallarda, Kuzey Kıprısa yola düşəcək tələbələrin ilk vəzifəsinin biliklərə yiyələnmək, doğma Vətənə layiqli mütəxəssislər olaraq dönmək olduğunu vurğulayan millət vəkili, Kuzey Kıprısın Azərbaycanlılar üçün heç də yad məmləkət olmadığını deyib.
“Kuzey Kıprısda siz özünüzü evinizdəki kimi hiss edəcək, Azərbaycandan kilometrlərlə uzaqda yerləşməsinə baxmayaraq, orada doğmalıq hiss edəcəksiniz” , - deyə bildirib.

Modern.az

  

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...