Modern.az

Rezidenturaya qəbul imtahanı keçirilib

Rezidenturaya qəbul imtahanı keçirilib

Təhsil

24 Sentyabr 2011, 21:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 24-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə namizdələr baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər.  

Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçirilən imtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 15 nəfəri iştirak etməyib.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi sentyabrın 25-də keçiriləcək. Bu mərhələdə namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

***

Sentyabrın 25-də 2011-2012-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirilib.

Rezidenturaya qəbul imtahanının nəticələri sentyabrın 26-da elan olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...