Modern.az

Su İdmanı Sarayında paltar oğurluğu baş verir

Su İdmanı Sarayında paltar oğurluğu baş verir

3 Avqust 2018, 13:51

Paytaxtın Bayıl qəsəbəsində, Bakı bulvarının yeni salınan hissəsində yerləşən Su İdmanı Sarayında üzgüçülük məşqlərinə gələn uçaqların paltarları  oğurlanır.

Bu barədə Modern.az saytına valideynlər şikayət ediblər. Bildirilir ki, bu hadisə tez-tez təkrarlanıb. Dəfələrlə uşaqların paltarları oğurlansa da, Su İdmanı Sarayından bununla bağlı konkret cavab ala bilmirlər.

Saytımızın əməkdaşı məsələ ilə bağlı Sarayın rəsmi şəxsləri ilə əlaqə saxlamağa çalışıb.


Sarayın Müştəri xidmətləri üzrə menecer Nailə Mahmudova Modern.az saytına oğurluqla bağlı deyilənlərlə razılaşmayaraq, bunun yanlışlıq olduğunu deyib:


“Bizdə uşaqlar üçün hər bir saatda kurslar fəaliyyət göstərir, o cümlədən uşaqlar üçün soyunub-geyinmə otaqlarımız  mövcuddur. Hər gün 60 nəfər giriş edir, 60 nəfər çıxış. Uşaqların sayı çox olduğu üçün səhvən paltarları götürüb çantasına qoyanlar olur. Yalnız belə hallarda paltarlar itə bilir. Məsələn, uşaqlar duşa girirlər, bu zaman  kimsə paltarı yanlışlıqla götürür, yaxud unudurlar”.


Müştəri xidmətləri üzrə menecer qeyd edib ki, Su İdman Oyunları Sarayında tapılıb əməkdaşlara verilən əşyalar, paltarlar 1 həftə ərzində saxlanılır:


“Müştəri yaxınlaşıb itən əşya ilə bağlı məlumat verən zaman məsələni aydınlaşdırırıq. Əgər 1 həftə ərzində bizə yaxınlaşmırlarsa, tapılan əşyalar  qalıb iyləndiyi üçün  onları xaric edirik.  Bu barədə müqaviləmiz olan  müştərilərimizi məlumatlandırırıq. Ümumiyyətlə, kiminsə alt paltarı kimə lazımdır? Orda olanların hamısı uşaqlardır, demək ki, səhvlik olur”.

Müsahibimiz bildirib ki, bütün müştərilərin hüquqları qorunur:


“Bu yaxınlarda əməkdaşlarımız tərəfindən qızıl üzük tapılıb verilmişdi. Onu sahibinə çatdırdıq. Belə hallar da olur. Amma elə əşyalar var ki, tapılmır. Soyunub-geyinmə otağında kamera olmadığı üçün biz onları tapa bilmirik. Hər bir müştərimizin hüququ var və onu qoruyuruq. Bu baxımdan  heç kimə “siz götürmüsünüz, oğurlamısınız”  deyə bilmərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?