Modern.az

Polis Akademiyasında andiçmə mərasimi

Polis Akademiyasında andiçmə mərasimi

Təhsil

24 Sentyabr 2011, 21:43

Sentyabrın 24-də DİN-in  Polis Akademiyasında bu il əyani fakültəyə qəbul olmuş müdavimlərin andiçmə mərasimi keçirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyəti salamlayıb və respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini mərasim iştirakçılarına çatdırıb.

Sonra Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib, andiçmə olub.

Tədbirdə daxili işlər orqanlarının veteranı Qüdrət Süleymanov və valideyn Ramazan Hadıyev çıxış edərək bildiriblər ki, bu gün I kurs müdavimlərinin həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.
Andiçmə mərasimi şəxsi heyətin “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidi ilə başa çatıb.

Sonra polis general-mayoru N.Əliyev Akademiyanın klubunda valideynlərlə görüşərək bu ali təhsil ocağında müdavimlər üçün yaradılmış şərait, tədris olunan ixtisas fənləri, maddi-texniki baza barəsində ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...