Modern.az

İlham Əliyev boks üzrə dünya çempionatının açılış mərasiminə qatılıb

İlham Əliyev boks üzrə dünya çempionatının açılış mərasiminə qatılıb

Təhsil

25 Sentyabr 2011, 22:06

Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Sentyabrın 26-dan oktyabrın 8-dək davam edəcək boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparacaq. Bakı çempionatında, həmçinin Azərbaycanın paytaxtına gəlmiş dünyanın ən güclü boksçuları 2012-ci il London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Dünya birinciliyində dörddəbir finala çıxan boksçular Olimpiya lisenziyaları əldə edəcəklər.

Mərasimdə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış ediblər.
Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra çempionatın hakimləri and içiblər.
Boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi bədii hissə ilə başa çatıb.




Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...