Modern.az

Ərdoğandan İsrailə müharibə hədəsi

Ərdoğandan İsrailə müharibə hədəsi

Təhsil

25 Sentyabr 2011, 00:55

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin ünvanına yeni təhdidlər yağdırıb. Modern.az  "Mignews"a istinadən bildirir ki, baş nazir “Mavi Mərmərə” gəmisində 9 fəalın İsrail tərəfindən öldürülməsinin müharibə elan etmək üçün kifayət qədər əsaslıə olduğunu deyib: “9 nəfərin öldürülməsi faktiki olaraq müharibə üçün səbəbdir. Ancaq hələ ki, biz məsələni bu yöndən nəzərdən keçirmirik və böyük millət olaraq səbr nümayiş etdiririk”. 
Ərdoğan “Əgər zərurət yaranarsa, biz müharibə edəcəyik.
2010-cu ildə biz böyüklük göstərərək başqa cür davranmaq qərarına gəldik. Lakin mənim üçün maraqlıdır, ABŞ beynəlxalq sularda 9 vətəndaşı öldürülsəydi,özünü necə aparardı?” 
Baş nazir əmin edib ki, İsrail ilə münasibətlər normallaşa bilər. Onun sözlərinə görə, İsrail bunun üçün 3 şərti yerinə yetirməlidir:
“Reydə görə üzr istəməli, öldürülənlərin ailələrinə təzminat ödəməli və Qəzzanın mühasirəsini aradan qaldırmalıdır”.
 

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...