Modern.az

Səfil həyatı yaşayan keçmiş iş adamı yenidən xəstəxanaya yerləşdirildi

Səfil həyatı yaşayan keçmiş iş adamı yenidən xəstəxanaya yerləşdirildi

Aktual

4 Avqust 2018, 17:22

Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyev Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yenidən xəstəxanaya yerləşdirilib.

 

Modern.az saytı  xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib.

 

Nazirlik rəsmisi Akif  Əliyevin səhhəti ilə maraqlanmaq üçün xəstəxanada ona baş çəkib:

 

"Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi uğurla davam edir. Xəstəxanada onu ziyarət etdik. Akif müəllimin ən böyük arzusu tezliklə sağalaraq övladlarına qovuşmasıdır".

 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akif Əliyev  xəstəxanada müalicəyə götürülsə  də  ordan getmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış