Modern.az

Deputat bələdiyyələrlə bağlı Bişkekə gedir

Deputat bələdiyyələrlə bağlı Bişkekə gedir

26 Sentyabr 2011, 10:35

Milli Məclisin deputatı Ərəstun Cavadov MDB Parlament Assambleyasının Büdcəyə nəzarət daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Deputatın iştirak edəcəyi iclasda “Bələdiyyə təhsilinin nəzarət-hesablayıcı palatası haqqında” model qanunun hazırlanması, qurumun fəaliyyətinin maliyyələşdirilməsi, təşkilatın 2012-ci il iş planının tərtibi, Qırğızıstanın sosial-iqtisadi durumu və dünyada gedən iqtisadi böhranın nəticələrinin aradan qaldırılması üçün tədbirlər barədə məsələlərə baxılacaq.

 Səfər oktyabrın 1-də başa çatacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı