Modern.az

Akif Təvəkküloğlu: “Türkiyə parlamentinin sədri Azərbaycana dəvət olundu”

Akif Təvəkküloğlu: “Türkiyə parlamentinin sədri Azərbaycana dəvət olundu”

26 Sentyabr 2011, 13:19

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə Türkiyədən rəsmi səfərdən qayıdıb.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu səfər barədə Modern.az-a müsahibə verib. O, bildirib ki, bu gün Azərbaycan və Türkiyə arasında olan münasibətlər, əlaqələr çox yüksək səviyyədədir:

- Bu əlaqələrin çox böyük tarixi kökləri var. Hər iki ölkə arasında  olan əlaqələrin yüksək səviyyədə olması üçün Mustafa Kamal Atatürk və ümummillim liderimiz Heydər Əliyev möhür vurub. Atatük “Azərbaycanən sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyirdi. Heydər Əliyev isə “Bir millət, iki dövlət” söyləyirdi. İki liderin bu sözləri Türkiyə və Azərbaycan arasında olan münasibətlərin keçmişini təsdiqləyir, bu günün inkişafını  göstərir, gələcəyə perspektivlər açır. Həm də bunu belə qiymətləndirmək olar ki, bu, gələcək nəsillər üçün də bir mesajdır. Bu əlaqələrə heç nə xələl gətirə bilməz. Bu baxımdan istər Azərbaycan nümayəndə heyətlərinin Türkiyəyə, Türkiyədən isatənilən nümayəndə heyətinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına yeni bir implus verir. Azərbaycan parlamentinin nümayədə heyətinin Türkiyəyə bu dəfəki rəsmi səfəri, insanlarla yaranan münasibət, orada bizim gördüyümüz münasibət həqiqətən də dost və qardaş xalqın münasibətinin təzahürü idi. Bu təbii ki, belə də olmalı idi. Neçə ki, türklər Azərbayana gəlirlər və özlərini burda öz vətənlərindəki kimi hiss edirlər, bizim də nümayəndə heyəti orda özünü vətənimizdəki kimi hiss etdi.

Akif müəllim, keçirilən görüşlərin əksəriyyətində Qarabağ məsələsinə toxunuldu. Bu barədə bir qədər geniş məlumat verərdiniz.

- Bütün görüşlərdə, təbi ki Azərbaycanın üzləşdiyi böyük problem olan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı müzakirələr aparılırdı. Bu, birmənalı şəkildə hər zaman belə olub, bu gün də belədir. Yəqin ki, gələcəkdə də belə olacaq. Nə qədər ki, Dağlıq  Qarabağ problemi həll olunmayıb Türkiyə daim öz dəstəyini və köməyini əsirgəməyəcək. Buna tam əminik. Bütün görüşlərdə, istər prezident Abdulla Gül, istərsə də Türkiyə Böyük Millət Məclisinin sədri Çəmil Çiçəklə bu istiqamətdə görüşlər aparıldı.

Siz orada parlamentdə oldunuz. Müqayisə edə bilirsinizmi Azərbaycan və Türkiyə parlamentlərini?

- Bu gün Türkiyə parlamenti öz tarixi köklərinə malik olan və dünyada öz nüfuzu ilə tanınan parlamentdir. Azərbaycan parlamenti də həmçinin. Tarixə qayıtmaq istəmirəm, Şərqdə Azərbaycan parlamentinin oynadığı rol bütün dünyaya bəllidir. Bu gün hər iki qardaş, dost ölkənin parlamentləri bir-biri ilə sıx əlaqədədir. Hər iki ölkənin parlamenti biri-birinə dəstəkdir və bu şəkildə də inkişaf edir. Azərbaycan parlamenti bilirsiniz ki, ikinçi dəfə Azərbaycanda müstəqillik əldə olunandan sonra qısa vaxt ərzində çox böyük mərhələni keçib. Milli Məclis bu gün də dünya ölkələrinin parlamentləri ilə sıx əlaqədə öz inkişafını, inteqrasiyasını aparmaqdadır.

Türkiyədə görüşlər zamanı qarşı tərəf Azərbaycana dəvət olundumu?

- Muzakirələr zamanı parlamentin rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin davam etdirilməsi məsələsi müzakirə olundu. Cənab Oqtay Əsədov Çəmil Çiçəyi Azərbaycana dəvət etdi. Azərbaycanın parlament nümayəndə heyəti Türkiyəyə bu dəfəki rəsmi səfərindən çox mənmun qaldı. Həm bu səfərin Türkiyə mətbuatında işıqlandırılması, həm də xüsusi diqqət və qayğı baxımından. Bu səfəri əlaqələrimizdə yeni körpü kimi qiymətləndirmək olar.

Sədaqət SÜLEYMANOVA 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı