Modern.az

Sürücü avtomobili mağazaya çırpdı: 5 yaralı

Sürücü avtomobili mağazaya çırpdı: 5 yaralı

Dünya

7 Avqust 2018, 00:56

Almaniyada yaşlı kişi xoşagəlməz olay yaşayıb. Modern.az xəbər verir ki, 91 yaşlı sürücü maşınla ölkənin supermarketlərindən birinə girib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan 3-nün vəziyyəti daha ağırdır.

 

Sürücünün özü isə qəzadan xəsarətsiz canını qurtara bilib.

 

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım