Modern.az

Bakıda havanın temperaturu aşağı düşür

Bakıda havanın temperaturu aşağı düşür

Təhsil

26 Sentyabr 2011, 14:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibii-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi