Ermənistan tərəfi BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının nümayəndəsi və Beynəlxaq Miqrasiya Agentliyinin vasitəçiliyi ilə azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu üçüncü ölkəyə təhvil verib. Modern.az "Armtoday"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, R.Hüseynov Azərbaycana qayıtmaqdan imtina edib və üçüncü ölkədən sığınacaq istəyib.
1985-ci il təvəllüdlü Roman Hüseynov 22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbciləri tərəfindən əsir götürülüb.