Modern.az

Bakıda yollara avtobus sürücüləri nəzarət edir... (Avtomobili olan jurnalistlərdən maraqlı açıqlamalar)

Bakıda yollara avtobus sürücüləri nəzarət edir... (Avtomobili olan jurnalistlərdən maraqlı açıqlamalar)

Media

26 Sentyabr 2011, 16:48


Hər gün yollarda avtobus sürcüləri ilə şəxsi maşını olanların mübahisələrinin şahidi oluruq. Hər iki tərəf problemdə bir-birlərini günahlandırır. Avtobus sürücləri şəxsi maşını olan sürüclərin hərəkətinə mane olur, tıxac yaradır və s.

Bəs bu problemlə avtomobili olan jurnalistlər də rastlaşıbmı? Onlar yolda hərəkət edərkən avtobus sürücləri ilə problem yaşayırlar? Yol polislərinin avtobus sürcülərini qanunsuzluqlara görə saxladıqlarını görüblərmi?

Modern.az-ın əməkdaşı maşını olan jurnalistlərdən cavab öyrənməyə çalışıb.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli etiraf edir ki, paytaxt yollarında avtomobil sürərkən avtobus sürcüləri çox zaman onun da hərəkətlərinə mane olurlar. Jurnalistin sözlərinə görə, bir neçə avtobus dayanacaqda dayanaraq tıxac yaradır, üstəlik əks istiqamətdə gələn maşınların da hərəkətlərinə mane olur.
“Yol polislərinin bu vəziyyətlə bağlı avtobus sürcülərini cəzalandırdıqlarını görməmişəm. Onlar ancaq gözləyirlər ki, harda ucuz maşın varsa, onu saxladıb 5-10 manat alsınlar, ya da protokol yazsınlar. Onlar bahalı maşınları saxlaya bilmirlər. Ona görə ki, bahalı maşınların sahibləri nə pul verəcək, nə də onlara cərimə yaza biləcəklər”.

“Qafqazinfo”nun əməkdaşı Elnur Məmmədli belə hadisə elə bu gün rastlaşıb. Belə ki, jurnalistin qeyd etdiyinə görə, metronun “28 may” stansiyasının yaxınlığındakı yolda avtobus sürcüləri onun hərəkətinə mane olublar.
“4 uzun avtobus eyni vaxtda üstümə gəlirdi. Halbuki yol mənim idi. Çox zəhmli idilər. Məcbur olub onlara yol verdim. Heç təcili yardım maşınları onlar qədər tələsmirdilər” deyən E.Məmmədli avtobus sürüclərinin nazir Ziya Məmmədov qədər “mədəni” olduqlarını əlavə edib.
Həmkarımız eyni zamanda yol polislərinin avtobus sürücülərini qanunsuzluqlara görə saxladıqlarını da görmədiyini bildirib: “Deyəsən onlar aylığa işləyirlər. Yəni aylıq cəriməni birdəfəlik ödəyirlər. Mən belə fikirləşirəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev isə bu problemin əvvəllər aktual olduğunu, son zamanlar isə bir qədər yoluna düşdüyünü hesab edir. Onun sözlərinə görə hazrıda avtobus sürcülərilə bağlı yaşanan problem onların sərnişin götürmək üçün qəfildən dayanmalarıdır.
“Bunu da nəzərə almağa çalışıram. Əslində yollarımızdakı problem təkcə avtobuslarla bağlı deyil. Bizdə ümumiyyətlə sürücülük mədəniyyəti aşağıdır. Sürücülərimizin böyük əksəriyyəti maşın sürməyi sürücülük vəsiqəsi alandan sonra öyrəndiklərindən yollarımız qan çanağına dönüb”.
Yol polislərinin avtobus sürcülərini qanunsuzluqlara gör saxlamalarını isə İ.Quliyev nadir hallarda görüb. Onun fikrincə, əksər hallarda yol poilisləri bu cür hadisələrə göz yumurlar.
“Hər halda, mən yaşadığım ərazidə bunu tez-tez müşahidə edirəm. Hiss olunur ki, yol polisləri ilə marşrut sahibləri arasında çox “xoş münasibətlər” var” deyə həmkarımız əlavə edib.

“Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev də belə hadisə ilə rastlaşıb. Hətta bir dəfə bu səbəbdən maşınını da vurublar:
“Avtobus sürücləri dayancaqdan kənarda saxlayır, sərnişin götürüb və ya düşürürlər. Bu hərəkətləri ilə tıxac da yaradırlar və bizim hərkətimizə də mane olurlar. Maşını sürdüyün yerdə bir də gördün ki, saxladılar, məcbur olub sən də ya maşını vurursan, ya da böyründən sürtünə-sürtünə keçirsən. Əgər onlar dayanacaqlarda salxasalar, belə problemlər də yaşanmaz”. N.Niftiyev avtobusların dayanacaqdan kənarda saxlanması ilə bağlı polislərin sürücləri cəzalandırdıqlarının şahidi olmayıb.
“7 ildir ki, maşın sürürəm və indiyə kimi mən şəxsən bunun şahidi olmamışam. Heç avtobus sürcülərinin özləri də bunu müşahidə etməyiblər”.

“Gun.az” saytının redaktoru Emil Quliyev belə problemlərin çox olduğunu qeyd edib. O ən əsası avtobus sürücülərinin yolun hərəkət istiqamətində nəqliyyat vasitələrinin yerlərini dəyişərkən arxadan gələn avtomobillərə fikir vermədiklərini bildirib.
“Özlərininki iri avtobus olduğundan qorxmurlar, bilirlər ki, onların özlərinə heç nə olmayacaq. Qırmızı işıqda elə yerdə dayanırlar ki, digər avtomobillərin sürücüləri işıqforu görmürlər. Və ya bir-biri ilə ötüşməyə çıxanda yolun iki tərəfini də tuturlar və digər avtomobillərə yer olmur. Dayanacaq olmayan yerdə də saxlayıb sərnişin götürürlər. Belədə arxada başqa avtomobilin yolunu kəsdiyini veclərinə almırlar. Məsələn, yol ayırıcında yol onların deyil və onlar gözləməlidirlər ki, başqa maşınlar keçsin. Amma bunu etmirlər. Ümumiyyətlə, bununla bağlı mənim təklifim olub ki, avtobuslara şəhərin içərisində yalnız ən kənar sağ yol ilə getməyə icazə vermək lazımdır. Onlara ötmə və yandan keçmə əməliyyatı etmək qadağan olmalıdır”.
Redaktor bu cür qanun pozuntuları edən avtobus sürüclərinin isə çox az halalrda yol polisləri tərəfindən saxlanıldığının şahidi olub.

Modern.az portalının əməkdaşı Elşad Eyvazlı da avtobus sürücülərindən gileylidi: “Məncə hazırda Bakının yollarına avtobus sürücüləri nəzarət edir. Bir dəfə  “Nərimanov” metrostansiyası yaxınlığında avtobus məni qaydanı pozmağa məcbur etdi. Konkret olaraq, qaydanı pozmasam, avtobus mənim maşınımın üstünə çıxacaqdı. Ancaq buna görə polis məni saxladı. Mən də soruşdum ki, “görmədiniz avtobus neyləyirdi..?”. Dedi ki, “biz onları görmürük...”.
Ona görə imkan qədər avtobuslardan uzaq olmağa çalışıram. Başqa yol görmürəm. Çünki avtobusdan nəinki sağa, sola, hətta qəfildən arxaya istiqamət götürməsi də adi haldır”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi