Modern.az

Abel Məhərrəmov BDU ilə əlaqələr qurmaq istəyən almanlarla görüşüb

Abel Məhərrəmov BDU ilə əlaqələr qurmaq istəyən almanlarla görüşüb

Təhsil

26 Sentyabr 2011, 17:33

Sentyabrın 25-də BDU-nun rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə İnstitutunun direktoru, Manheim Tədqiqi elmlər universiteti Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü Mathias Hafner və Heydelberq Universiteti Manheim Tibb fakültəsinin tədqiqat qrupunun rəhbəri Ralf Jesenofskini qəbul edib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib ki, görüşdə BDU-nun  yaranma və inkişaf tarixi haqqında qonaqlara məlumat verən rektor Abel Məhərrəmov onun beynəlxalq əlaqələrindən, Almaniya universitetləri ilə əməkdaşlıqdan, tibb və biotexnologiya sahəsində münasibətlərin qurulmasından bəhs edib. Rektor, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyətini də qeyd edib. 

Məlum olub ki, qonaqlar BDU ilə daha geniş əlaqələr qurmaq niyyəti ilə universitetdə molekulyar qenetikaya aid 5 günlük  treninq keçirəcəklər.

Qonaqlar bildiriblər ki, bu sahələrin daha da inkişafı üçün əlaqələrin qurulması, dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün  əllərindən gələni əsirgəməyəcəklər.   

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Manheym Universitetinin Azərbaycanlı tələbələr və tədqiqatçıların rəhbəri Vüqar Yaqublu da iştirak edib.

Qonaqlar universitetin Biologiya fakültəsinin İmmunologiya laboratoriyası, Molekulyar biologiya sahəsində qrant hesabına Vestminister Universiteti ilə birgə açılmış distant təhsil laboratoriyası və Kimya fakültəsinin NANO texnologiya mərkəzi və digər qurumları ilə tanış olublar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...