Modern.az

Yas mərasimində kütləvi zəhərlənmə: 9 ölü

Yas mərasimində kütləvi zəhərlənmə: 9 ölü

Dünya

8 Avqust 2018, 00:42

Yas mərasimi zamanı kütləvi zəhərlənmə olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində qeydə alınıb. Zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu ehtimal edilir.

 

Hazırda Perunun Hərbi Hava Qüvvələri zəhərlənən insanları İka şəhərində yerləşən xəstəxanaya çatdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım