Modern.az

Qarabağ Azadlıq Təşkilatı erməni boksçulara qarşı

Qarabağ Azadlıq Təşkilatı erməni boksçulara qarşı

Təhsil

26 Sentyabr 2011, 17:53

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Bakıda boks üzrə dünya çempionatında erməni idmançıların iştirakına etiraz olaraq aksiya keçiriblər.

Aksiya bu gün çempionatın təşkil olunduğu Heydər Əliyev adına İdman və Konsert Kompleksinin qarşısında baş tutub.

QAT-çılar erməni idmançıların dərhal çempionatı və Bakını tərk etməsini tələb ediblər, “İdmançı adı ilə gələn erməni terrorçuları rədd olsun!”, “İşğalçı Ermənistana idmanda yer yoxdur!”, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ya Qarabağ, ya ölüm!” yazılmış plakatlar qaldırılmış, şüarlar səsləndiriblər.

QAT-dan “Media forum” saytına bildiriblər ki, polis aksiya iştirakçılarına zor tətbiq edib, polis mayoru Süleyman Nemətov xüsusi qəddarlıqla davranıb, nəticədə aksiya iştirakçılarından Şahmar İbrahimov xəsarət alıb, İlqar Əliyev, Rasim Əlizadə, Nəsib Cəfərov və digərləri saxlanılaraq 20-ci polis bölməsinə aparılıblar.

Aksiyada qəbul edilmiş bəyanat Heydər Əliyev adına İdman-Konsert Kompleksinin nümayəndəsinə təqdim olunub. QAT vurğulayır ki, ermənilər Bakını tərk etməsələr, etiraz aksiyaları davam etdiriləcək.

Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının açılış mərasimi olub. Sentyabrın 26-dan oktyabrın 8-dək davam edəcək dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparacaq. Dünya birinciliyində dörddəbir finala çıxan boksçular 2012-ci il London Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

 Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...