Modern.az

Deputat Azərbaycanla bağlı "boks qalmaqalı"ndan danışdı

Deputat Azərbaycanla bağlı "boks qalmaqalı"ndan danışdı

26 Sentyabr 2011, 20:10

BBC televiziyasının 2012-ci ildə London Olimpiadasındakı boks oyunlarında Azərbaycan idmançılarına rüşvət müqabilində qızıl medal veriləcəyi barədə məlumatları dünya boyunca ciddi reaksiya doğurub.

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının, Azərbaycan Boks Federasiyasının rəsmiləri məsələyə sərt reaksiya verərək BBC-nin ittihamlarını böhtan adlandırıblar.
 
Modern.az saytı məsələyə millət vəkili, Gənclər Təşkilatları Milli Şurasınını sədi Fuad Muradovun fikirlərini öyrənib.

Deputat bildirib ki, Azərbaycanda kifayət qədər idmançı var ki, onlar dünya çapında öz sözlərini deyirlər:

“Biz dəfələrlə bunun şahidi olmuşuq. Elə idmançılarımız var ki, öz fiziki gücləri ilə dünyaya işğal olunmuş Azərbaycan torpaqlarını ermənilərdən azad etməyə hazır olduqlarını nümayiş etdirirlər. Bu, həm də müasir Azərbaycan gəncliyinin dünya səviyyəsində təbliğidir. Onun dünya səviyyəsində yaranan obrazıdır. Azərbaycan idmançıları dünya səviyyəsində böyük üstünlüklər əldə edirlər”.

Deputatın sözlərinə görə, görünür azərbaycanlı gənclərin bu göstəriciləri bir neçə dövlətin maraqlarını tapdalayıb:

“Bu, bəzi ölkələrin xoşuna gəlmir. İndi də bizim boksçuların qızıl medal almağa real şansları var. Ona görə də bəzi ölkələr belə qalmaqal yaratmaqla ortanı qarışdırmaq, gənclərimizin fiziki hazırlığına kölgə salmağa çalışırlar. Ancaq bizim idmançıların həqiqətən də peşəkar olduqlarına, medal qazanmaq əzminə tam əminəm. Ona görə də idmançılarımız çirkin məsələlərə görə ruhdan düşməməlidirlər. Onlar daha əzmkar olmalıdırlar. Deyilənlərin iftira olduğunu bir daha sübut etməlidirlər”.

Modern.az 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı