Modern.az

Elnur Aslanov "Azərbaycanın bölgələrindən biri gənclər bölgəsi elan olunacaq"

Elnur Aslanov "Azərbaycanın bölgələrindən biri gənclər bölgəsi elan olunacaq"

Təhsil

27 Sentyabr 2011, 12:00

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib ki, Gənclər fondunun yaradılması üzrə təkliflər hazırlanıb. Bununla bağlı təkliflər yaxın günlərdə Prezidentə təqdim ediləcək.

E.Aslanovun sözlərinə görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının bəndləri üzrə müəyyən işlər görülür. 2012-ci ilin yanvarından etibarən Dövlət Proqramının hər bir gəncin hiss edəcəyi şəkildə daha səmərəli və sürətlə həyata keçiriləcəyini vurğulayan PA rəsmisi deyib: “Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq ölkə prezidenti tapşırıq verib”.

“Bəzi məsələlər texniki hazırlıq tələb edir. Proqramda olan mühüm bəndlərdən biri də Gənclər şəhəri və bölgələri ilə bağlıdır. Bu bənd bölgələrdə gənclərin problemlərinin həll edilməsinə istiqamətlənib.
Yaxın zamanlarda Azərbaycanın bölgələrindən biri gənclər bölgəsi elan olunacaq. Proqram üzrə bu bölgədə işlərə start veriləcək”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...