Modern.az

5,6 bal gücündə zəlzələ daha bir ölkəni silkələdi

5,6 bal gücündə zəlzələ daha bir ölkəni silkələdi

Dünya

9 Avqust 2018, 23:39

Atlantik okeanın cənub hissəsində 5,6 bal gücündə zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri Namibiyanın paytaxtı Vindhuk şəhərindən 1864 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 16:53-də qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...