Modern.az

HƏMAS  İsraillə razılaşdı

HƏMAS  İsraillə razılaşdı

Dünya

10 Avqust 2018, 00:58

İsraillə HƏMAS arasında 24 saat davam edən şiddətli qarşıdurmadan sonra atəşkəs barədə razılıq əldə edilib. Modern.az xəbər verir ki, razılığa əsasən, HƏMAS raket hücumu etməyəcəyi təqdirdə, İsrail Qəzza zolağında əməliyyatları dayandıracaq.

 

İki tərəf arasında atəşkəsin Misirin vasitəçiliyi ilə əldə edildiyi bildirilib.

 

Qeyd edək ki, ötən gün İsrailə 36 raket atılıb. İsrail isə Qəzza bölgəsini bombardmana məruz qoyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU