Azərbaycanda mülkiyyət hüququnun dövlət tərəfindən pozulması haqda iddialar əsassızdır. Bunu Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli deyir. Onun sözlərinə görə, bir sıra beynəlxalq təşkilatların bu haqda verdikləri açıqlamalar qeyri-ciddi qəbul edilməlidir: “Əgər BBC kimi bir televiziya boksla bağlı yalan xəbər yayırsa, bunu necə qiymətləndirmək olar? Beynəlxalq hüquq müdafiə təşkilatları gərək öz imiclərinə hörmət etsin. Mən bu cür fikirləri qeyri-ciddi qəbul edirəm”.
Ə.Hüseynli bildirib ki, dünyanın bütün ölkələrində dövlət və ictimai maraq naminə mülkiyyət özgəninkiləşdirilir, dövlət tərəfindən alınır. Və bu prosesdə narazı qalan tərəflər olur:
“Elə vətəndaş ola bilər ki, bu prosedurdan narazı qalsın. Odur ki, bu cür mübahisələr həll etmək üçün Azərbaycan dövləti inzibati məhkəmə sistemini formalaşdırıb. Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq burada işlərə qısa müddət ərzində, operativ olaraq baxılır”.
Modern.az