Sabah Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitənin üzvləri Tahir Süleymanov, İqbal Məmmədov və Arif Əşrəfov Sabirbada səfər edəcəklər. Bu barədə Modern.az saytına komitədən məlumat verilib.
Səfərdə məqsəd rayonda yaradılan kənd təsərrüfatı kooperasiyalarının işi ilə tanış olmaq, eyni zamanda onların üzləşdikləri problemləri öyrənməkdir.
Komitə üzvləri gördükləri təcrübədən “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsinın ikinci oxunuşa hazırlanmasında istifadə edəcəklər.
Modern.az