Modern.az

Prezident “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgiyə baxıb

Prezident “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgiyə baxıb

Təhsil

27 Sentyabr 2011, 14:27

Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına məlumat verib ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur.
Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.
Dövlət başçısı, həmçinin Bakı Sərgi Mərkəzinin həyətində nümayiş etdirilən texnikaya baxıb.
Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...