Bu gün Demokratik İslaһatlar Partiyasının sәdri Asim Mollazadә İsrailin Azәrbaycandakı fövqəladə və səlahiyyətli sәfiri Mixael Lavon Lotemlә görüşüb.
Partiyanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib.
Asim Mollazadə səfiri İsrail xalqının milli yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib, ona partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Modern.az