Modern.az

Azərbaycanlı deputata Almaniyada orden və akademik diplomu veriləcək

Azərbaycanlı deputata Almaniyada orden və akademik diplomu veriləcək

28 Sentyabr 2011, 09:07

Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə qurumun akademik üzvü seçilib. 
Modern.az saytının məlumatına görə, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının diplomu gələn ayın 4-də Almaniyada deputata təqdim edəcək.

Eldar Quliyev Almaniyada yerləşən Avropa Təbiət Elmləri Akademiyası tərəfindən də təltif edilib. Akademiyanın prezidenti, professor V.Tıminski bununla bağlı Eldar Quliyevə təbrik məktubu ünvanlayıb. O, bildirib ki, Akademiyanın rəyasət heyətinin qərarı ilə 60 illik yubileyi və dünya iqtisadiyyatı və mədəniyyəti qarşısındakı xidmətlərinə görə, Azərbaycan Milli Məclisinin deputatı "Senator ulduzu" ordeni ilə təltif edilib. 

"Senator ulduzu" ordeninin Eldar Quliyevə verilməsi üçün deputatı oktyabr aylarında Berlin şəhərində keçiriləcək mərasimə dəvət ediblər.  

Dəvəti qəbul edən deputat bu ilin oktyabrının 3-də Almaniyada olacaq. Bu barədə Modern.az saytına deputat özü məlumat verib. Berlində Hilton otelində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşlarını iştirakı ilə keçiriləcək tədbirdə deputata həm "Senator ulduzu" ordeni (bu, akademiyanın ən ali mükafatıdır), həm də Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının diplomu təqdim olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət öncə ictimai-siyasi həyatda fəal iştirakına görə Eldar Quliyevə “Şöhrət” ordeni verib. 

E.Quliyev 28 saylı Sabunçu III seçki dairəsindən Milli Məclisin deputatı, "Azərittifaq"ın sədridir.
E.Quliyev həm də tanınmış alimdir. O, 2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilərək "Qızıl ulduz" medalı ilə təltif olunub. 

2009-cu ildə Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib və Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Avropa Taclı Xidmət" ordeni ilə mükafatlandırılıb. 
2010-cu ildə isə E.Quliyev İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Romanın fəxri alimi adına layiq görülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı