Modern.az

Bu gün parlamentdə payız sessiyası ilə bağlı mətbuat konfransı keçiriləcək

Bu gün parlamentdə payız sessiyası ilə bağlı mətbuat konfransı keçiriləcək

Təhsil

28 Sentyabr 2011, 09:50

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Modern.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, bu gün parlamentin inzibati binasında yeni sessiya ilə əlaqədar olaraq mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında Milli Məclisin payız sessiyasını qanunvericilik işlər planı açıqlanacaq.

Tədbirdə vitse-spiker Bahar Muradovanın da iştirakı gözlənilir.

Qeyd edək ki, III və IV cağırış Milli Məclis dövründə ənənvi olaraq hər sessiyanın əvvəlində və sonunda parlament rəhbərliyi mətbuat konfransı keçirərək görülən işlər və qarşıda duran məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...