Modern.az

Ağ Evdən Türkiyə səfirinə “yox” cavabı verildi

Ağ Evdən Türkiyə səfirinə “yox” cavabı verildi

Dünya

14 Avqust 2018, 10:12

Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.

“Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”-deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.

 

Boltonla Kılıç arasında danışıqların nəticəsiz başa çatdığı bildirilir.  

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...