Modern.az

Deputat seçicilərini qəbul edib: «Çalışırq ki, sizi narahat edən məsələləri həll edək»

Deputat seçicilərini qəbul edib: «Çalışırq ki, sizi narahat edən məsələləri həll edək»

28 Sentyabr 2011, 13:48

Sentyabr ayında millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələlər və problemləri dinləyib. Deputatın qərargahından Modern.az-a bildirilib ki, bu görüşədək millət vəkili hər ay  öz seçicilərini qəbul edib.

“Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət etmişdilər. Bunlar arasında qanunsuz qeydiyyatdan çıxarma, işsizliklə bağlı, mənzil məsələsi, imkansızlıqla bağlı, kommunal problemlər, vətəndaşın mənzil məsələsi, pasport qeydiyyatı, işə bərpa, şəxsi və digər sosial və hüquqi məsələlər yer alırdı”-deyə millət vəkilinin qərargahından bildirilib.

Deputat seçicilərə bildirib ki, bütün məsələlər diqqət mərkəzində saxlanılacaq və ən qısa müddət ərzində həllini tapacaqdır.

“Biz hər ay sizinlə görüşlər keçiririk. Çalışırq ki, sizi narahat edən məsələləri həll edək”.

Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı