Modern.az

Azərbaycan müğənnilərinin avtomobil azarı - kim ən bahalı maşın sürür?

Azərbaycan müğənnilərinin avtomobil azarı - kim ən bahalı maşın sürür?

28 Sentyabr 2011, 15:34

Azərbaycanın şou-biznes nümayəndələri arasında qəribə rəqabət gedir. Sənətçilər müxtəlif “status”lar uğrunda mübarizə aparırlar: kim daha yaxşı geyinir.., kimin dəbdəbəli evi var.., kim fəxri ad almağı bacarır.., kim ən baha qiymətə toya gedir.., kim ən bahalı maşın sürür, kimin maşının nömrəsi “zerkalnı”dır.., kim şou-biznesdə “at oynatmağı” bacarır.., kim kimləri kimlərinsə üstünə sala bilir və s...
Bir sözlə, sənət qalıb qıraqda.

Bu gün ölkə mediası müğənni Cavanşir Məmmədovun özünə çox bahalı avtomobil aldığını yazıb. Məlum olub ki, bu, əməkdar artistin avtomobil kolleksiyasını bəzəyən 50-ci maşındır. Cavanşir Məmmədovun "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili 5 ay əvvəl 960 000 avroya aldığını bildirib. Bizim pulla 1 milyon 400 manat...

Bir yandan yeni maşını ilə bağlı mətbuata danışmaqla şou-biznesdəki müğənnilər kimi özünü reklam etmək məqsədi güdmədiyini vurğulayan müğənni o biri yandan "asldığım maşın dünya miqyasında ən bahalı 2-3 maşından biridir. Bu maşının puluna 3-4 ədəd "Bentley" almaq olar” deyib. Sonra da əlavə edib ki, o, 1988-ci ildə Almaniyadan Azərbaycana "Mercedes" alıb gətirən ilk adam olub: “O vaxt "Mercedes" Azərbaycanda yalnız İran səfirində vardı”.
Bəs bu nədir,  özünüreklam deyilmi...?

Xalq Artisti Faiq Ağayev də bu günlərdə özünə yeni avtomobil alıb. Müğənni indi 110.000 manat dəyərində olan 6.2 mühərrikli qara rəngli “Cadillac Escalade 2011” markalı avtomobil sürür. F.Ağayev bundan öncə qiyməti 80 min ABŞ dollarından baha olan «Audi Q7» markalı avtomobil sürürdü.

Hamının milyoner müğənni kimi tanıdığı əmakdar artist Ədalət Şükürovun neçə bahalı avtomobilinin oldunu çoxları bilmir. Yalnız o məlumdur ki, Ədalət Şükürov bahalı avtomobillər həvəskarıdır və qarajında belə maşınların sayı az deyil. Müğənninin idarə etdiyi şəxsi avtomobilləri arasında 160 min dollarlıq «Range Rover», 127 min dollarlıq «Lexus LS – 460», 60 min dollarlıq «Pontiac» markalı maşınlar var.

Şou-biznesin qalmaqallı müğənnilərindən biri - Nüşabə Ələsgərli “Mercedes-ML” avtomobili sürür.  Bu maşının qiyməti isə nə az, nə çox, düz 160 min dollardır.  Nüşabə Ələsgərli bu maşından əlavə qiyməti 150 min dollar olan “Audi CİP” də sürürdü.

Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edən Rəqsanənin sürdüyü «Range Rover»in qiyməti 90 min dollardır.

Xuraman Şuşalının idarə etdiyi "Audi Q7” da qibtə ediləcək maşındır, avtomobilin 80 min dollar qiyməti var.

Xatirə İslamın sürdüyü "Range Rover" markalı avtomobilin də qiyməti 100 min dollardan aşağı deyil.

Aygün Kazımovanın 170 min dollarlıq ağ rəngli «BMW 750» markalı avtomobilinin həm özünə, həm də nömrə nişanına (90 BL 009) həsəd aparanlar var.

Namiq Qaraçuxurlu 90 min dollarlıq «Lexus GX», Nadir Qafarzadə 80 min dollarlıq «Audi Q7», Tünzalə Ağayevanın 73 min dollarlıq «Volkswagen Touareg», Səməd Səmədovun 60 min dollarlıq «Mercedes GL» sürür.

Populyar ifaçı Röya da həmkarlarından geri qalmır, onun “Mersedes GeLandeWagen”i, müğənni Ruhinin idarə etdiyi “Mercedess CLS" avtomobili qiymətinə görə 100 min dolları aşır.

Araşdırmalar göstərir ki, Azərbaycanın şou-biznesinin adları çəkilən və çəkilməyən müğənniləri bahalı avtomobilləri necə deyərlər, sanki at-eşşək alıb-satırlarmış kimi dəyişirlər. “BMW”-dən düşüb, “Hummer”ə minir, “Hummer”dən düşüb “Mercedes”ə otururlar.
Varlığa nə darlıq...









Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər