Modern.az

Deputat Baş nazir Artur Rasizadə ilə 6-cı dəfə görüşdü

Deputat Baş nazir Artur Rasizadə ilə 6-cı dəfə görüşdü

Təhsil

28 Sentyabr 2011, 17:18

“Bu gün Bərdəni təmsil edən  millət vəkili olaraq  baş nazir Artur Rasizadə ilə görüşdüm və bu mənim hökümət rəhbəri ilə 6-cı görüşüm oldu. Bu dövr ərzində əsasən Bərdənin mavi yanacaqla təminatı, iki körpünün bərpası, o cümlədən bir neçə artezian quyusunun vurulmasında hökümətin dəstəyini aldıq”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili eyni zamanda mavi yanacaq məsələsində 20 mindən artıq abonentin qazla təhciz olunduğunu vurğulayıb.

“Bu, Bərdənin mənim seçildiyim dairədən olan 29 kəndinin və şəhər mərkəzinin tam təhcizatı deməkdir. Yerdə Qarabağ qəsəbəsi və 3 kənd - Yeni Əyricə, Ərəblər və Türkmənd kəndləri qalır ki, bunlarla bağlı məsələni hörmətli Artur müəllimə müraciətimdə qeyd etdim və hökümət rəhbərindən bu məsələyə dəstək göstəriləcəyi bildirildi. Buna görə mən Bərdə camaatı adından hörmətli Artur müəllimə çox təşəkkürümü bildirirəm”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...